İran

Abbas Lisaniyə telefonla danışmaq və görüşmək qadağası qoyulub

Ərdəbil zindanının müdiriyyəti abanın 23-dən etibarən milli fəal Abbas Lisaniyə yenidən telefon təması və görüş qadağası qoyub. Bu barədə Abbas Lisaninin teleqram kanalı məlumat verib. Qeyd edək ki, fəala bu ilin mehrində Dağlıq Qarabağ savaşı başlayan zaman bir həftəlik telefon təması və görüş qadağan edilib. Qadağanın səbəbi bu dəfə bəlli deyil. Görünür, İranın məhkəmə və əmniyət orqanları onun məsələ ilə bağlı müraciət yaymasından, habelə mövqeyinin Azərbaycan toplumuna təsirli olmasından nigarandır. Bildirək ki, mehrin 9-da instaqram və teleqramda Abbas Lisaninin adı ilə fəaliyyət göstərən səhifə onun video müraciətini yayımlayıb. Tutuqlanmazdan öncəki çıxışlarından birində o, erməni təcavüzkar qruplarının kabusunun gerçəkləşməsindən xəbər verib. Abbas Lisani bildirib: “ Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan ölkəsinin parlımanındakı çıxışında Dağlıq Qarabağa nizami təcavüz edənlərə və işğalının tərəfdarlarına demişdi ki, əgər bu məsələ kökündən həll olunmasa, Güney Azərbaycan adlı yatmış bir nəhənglə qarşılaşacağıq. Əgər bu nəhəng oyansa bizi yerlə yeksan edəcək”.

Related Articles

Bir cavab yazın

Back to top button