Xəbər verdiyimiz kimi, mədəni fəal Yusif Kari yaxınları ilə telefon danışığında Abbas Lisaninin kəskin ağciyər problemlərindən, şiddətli öskürək, nəfəs darlığı və yüksək hərarətdən əziyyət çəkdiyini bildirib. Hazırda isə Azərbaycanlı mədəni fəal Abbas Lisaninin tənəffüs yolları zədələnib. Zindan dokturları onun mücəhhəz tibb mərkəzlərinə göndərilməsini vacib hesab edirlər. Ancaq Ərdəbil zindanının müdiriyyəti onu mərizxanaya göndərməkdən yayınıb.
Zindan behdarisinin müdirləri bildiriblər ki, zindanın tibbi imkanları Abbas Lisaninin vəziyyətinin yaxşılaşması üçün yetərli deyil. Onlar fəalın pərvəndəsində təsmim tuanların bu məsələyə ciddi yanaşacağına ümid edirlər.