
Hazırda adı çəkilən bölmədə Abbas Lisani ilə yanaşı daha 3 məhkumun saxlanıldığı bildirilir.
Qeyd edək ki, əməliyyat olunduqdan sonra həkimlərin tibbi məzuniyyətinin müddətinin uzadılması barədə arayışlarına baxmayaraq, ETTELAAT-ın təzyiqi və Ərdəbil prokuroru Abdullah Təbatəbayinin göstərişi ilə onun məzuniyyət qərarı ləğv edilib.
Abbas Lisani avqustun 27-i günorta saatlarında Ərdəbil zindanına geri qayıtmağa məcbur olub.