İran

Abbas Lesani Əlirza Fərşiyə və onun haqlı istəklərinə dəstək olaraq aclıq etisabına başlayıb

Ərdəbil həbsxanasında olan Güney Azərbaycanın siyasi məhbusu Abbas Lesani 1400-cü il mehr ayının birindən Aclıq etisabına başlayıb.

O, ailəsi ilə telefon danışdığında bildirib ki,

“Qardaşım və mübarizə yoldaşım Əlirza Fərşiyə və ana dilində təhsil, Azərbaycana qarşı sistemli ayrı-seçkiliyin aradan qaldırılması eləcə də öz müqəddəratını təyinetmə haqqımızla yanaşı qanuni istəklərinə dəstək olaraq oxulların birinici açılış günündən başlayaraq üç günlük aclıq etisabı keçirəcəyəm “. Halı- hazırda Tehran həbsxanasının əmniyyət bölməsində həbs çəkən Əlirza Fərşi iki gün öncə Azərbaycan eləcə də Fars dillərində bir açıq məktubda , ana dilində təhsil almamaq, ədalətsiz, haqsızlıq və ayrı -seçkilik məsələlərinə etiraz etmək üçün simbolik olaraq 3 günlük aclıq etisabı keçirməsini yayınladı.

Artırmalıyıq ki, Hər il mehrin 1 -i yeni dərs ilinin başlanışında, türk milli fəalları, Azərbaycan millətinin çeşidlı insanları ilə birlikdə, Azərbaycan Türkcəsində kitablar yayma , divarlari yazaraq habelə başq- başqa seçlən mədəni yollarla Ana dilində təhsilin olmamasına etirazlarını bildirirlər.

Related Articles

Bir cavab yazın

Back to top button