Site icon Aznews TV

Aban hər gün təkrarlanır

Aban hər gün təkrarlanır

İran kütləvi etirazlara yabancı bir ölkə dəyir. Özəlliklə İslam Cumhuriyyəti qurulduğundan bəri hər 10 ildə bir geniş və kütləvi etirazlara şahid olmuşuq. Ancaq son bir neçə ildir bu imumi etirazlar artıq hardasa 1, 2 ildə bir baş verir. İran hakimiyyəti ciddi bir məşruiyyət böhranıyla üz üzədir və millət içindəki etibarını tamamən itiribdir. Yəni İranda yaşayan millətlərin bu hakimiyyətin onlara heç bir şəkildə rəfah və səadət gətirəbiləcəyinə inanmır. Millət içində umudsuzluq dərinləşincə köklü dəyişimə də rəğbət çoxalır. Bu məsələ özəlliklə son illərdə iqtisadi vəziyyətin pozulmasıyla daha da çoxalıbdır. Qıssacası düzdür ki İran toplumu hər zaman siyasətlə iç içə olubdur ancaq indi durum elə yerə gəlib çatıb ki insanlar əsas gün çörəkləri üçün savaşırlar. Hakimiyyət qorxu hökümətiylə millətin etirazını bastırıb insanları susturmaya çalışır. Bu çox zaman işə yarasa da heç bir zaman sorunu kökündən həl etməyə yetmir. Bir ayrı tərəfdən də ölkədə geniş umudsuzluq hakim olunca insanların əldən verməyə bir şeyi qalmır. O zaman artıq etirazın rəngi isyana dəyişir. Artıq o zaman hətta illərcə səssiz qalan milləti belə tanımaq çətin olur. İllərin nəfrət və kini bir anda patlayır. Hakimiyyət şiddətə baş vurduqca millət də əli boş durmur və şiddətə meyli artır. Əlbəttə ki İran kimi bir diktatorluqda millətin fiziki anlamda heç bir zaman gücü hakimiyyətə yetişmir ancaq bu durumun yayqınlaşması küçələrcə qan çaylarının yola düşməsinə yol acır və bir fəlakət baş verir. Ağıllı hökümətlər işin bu aşamaya gəlməməsi üçün tədbir edərlər. Ölkənin sorunlarını çözüb millətləriylə dostluq yoluyla milli barışa doğru gedərlər ancaq gözünü qan bürümüş İran hakimiyyəti tam tərsini edib gün geçdikcə daha da dərinə batır. 1396-ci ilin Dey ayında Məşhər şəhərindən başlayıb ölkənin başa başına yayılan marağlı bir etiraz oldu. Bu etiraz siyasi dəyirdi və tamamən iqtisadi sbəblərlə həm də toplumun siyasətdən uzaq duran aşağı sınıflarından başladı. O zaman sosyoloqlar İranın nə dənli çətin və yeni bir aşamaya girdiyi haqqında hakimiyyəti uyardılar. Ancaq hakimiyyətdə nə eşidən ulaq nə də məsələyi həl edən iradə vardı. İki il sonra bu səfər 1398ci ilin Aban ayında Benzin qiymətinin bahalaşmasından sonra yeni bir etiraz dalğası başladı. Etiraz geçən illərin əksinə sadəcə böyük şəhərlərdə yox bəlkə bir neçə on min cəmiyəti olan xırda şəhərlərdə belə başladı. İkinci önəmli məsələ də heç bir şəkildə organizə olmayan millət bir başa İslam Cumhuriyyəti rejimini hədəf alıb rejim dəyişikliyi istədilər. Bir zamanlar çox radikal sayılan şüarlar artıq İran etirazlarının bir parçası oldu. Aban etirazları İranın çox fərqli bir aşamaya girdiyini göstərdi. Artıq hakimiyyət ancaq daha uzun yaşaması üçün zaman almaya başladı və bu gedişatla geç və ya tez İslam Cumhuriyyəti rejimi yıxılacaq. Bir zamanlar bu iddia çox radikal və uzaq bir ehtimal kimi görünərdi ancaq bu gün İslam Cumhuriyyətinin dağılması an məsələsidir.
Aban etirazlarının başqa önəmli məsələsi hakimiyyətin tam mənasıyla bir canavara dönüşməsiydi. İran neçə gün boyunca internet şəbəkəsini kəsib kiminə görə 1500 nəfərdən çox insanı öldürdü. Hakimiyyət rəsmən və açıq bir şəkildə etirazları qanla bastırdı. Ölkənin hər tərəfində qorxu hakimiyyəti daha da çox hakim oldu. O tarixdə Azərbaycan milləti də yaranan iqtisadi vəziyyəti nəzərdə alaraq meydanlardaydı. Ancaq Azərbaycan milli hərəkətinin məsələyə nisbətən məsafəli durduğunu söyləmək mümkün. Çünkü geçən illərdə nə zaman Azərbaycanda bir etiraz olursa ya mərkəziyyətçi cərəyanlar tərəfindən sahiblənib ya da görməzdən gəlinibdir. Ancaq mərkəzi hökümətin otoritəsi zəyiflədikcə Azərbaycan Millətinində müstəqil hərəkət etmə marağı artıbdır. Bir çox uzmana görə hazırda ölkədəki sorunlar çoxaldığına görə insanlar yeni bir etiraz üçün hazırdılar. Yəni hər an 98də olduğu kimi hökümətin bir yanlış qərarıyla ölkə yanqın yerinə dönüşəbilər və geniş kütləvi etirazlar yenidən başlayabilər.

Bu səfər başlayacaq olan etirazlarda özəlliklə Fars olmayan millətlərin baxışı necə olacaq? Sorusuna geçənlərdə əlƏhvazda başlayan və Təbrizdə də dəvam etirazlara baxmaq lazim. Anlaşılan bu səfər nə ad altında olursa olsun başlayan etirazlarda Fars Olmayan millətlər öz istəkləri üçün meydanda olacaqlar və sonuca yetişmədən də yerə oturmayacaqlar.

Exit mobile version