Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

Milli fəal Əli Hüseyn-Nejad Əsl həbs olunub

Qərbi Azərbaycan ustanının Daşmakı bölgəsinin sakini Əli Hüseyn-Nejad Əsl İranın əmniyət qüvvələri tərəfindən tutuqlanıb. Məlumata görə, əmniyət məmurları abanın 21-i günorta saat 12-də fəalın Daşmakı bazarındakı “Omid” geyim butikinə gediblər. Daha sonra Əli Hüseyn-nejad Əsli tutuqlayaraq bilinməyən yerə aparıblar. Fəalın tutuqlanmasına səbəb Qarabağın işğaldan azad edilməsi münasibətilə şirni paylaması olub. Bildirək ki, novambrın 8-i Şuşanın azad edilməsi ilə Güney Azərbaycanın müxtəlif şəhərlərində şənliklər keçirilib. Bu sevincli günü qeyd etdikləri üçün onlarla azərbaycanlı fəal və vətəndaşın şəhərlərin əmniyət idarələrinə çağırıldıqları, habelə bəzi hallarda bir neçə saatlıq tutuqlandıqları deyilir

Related Articles

Bir cavab yazın

Back to top button