
Bu barədə məlumat yayan sosial media fəalları əlaqədar dövlət qurumlarının zərər çəkən bölgələrə yetərli yardım etmədiklərini yazıblar.
Paylaşılan məlumatlarda bildirilir ki, evləri dağılan və mal-qarası tələf olan kəndlilər vacib ərzaq məhsulları tapa bilmirlər.
Qeyd edək ki, mayın 31-i və iyunun 1-də Biləsuvar və Germidə baş verən sel daşqınları onlarla kəndə ciddi xəsarətlər yetirib.
Yollar, elektrik və qaz xəttləri, habelə körpülər dağılıb.
Kəndlilərin çox sayda mal-qarasını sel aparıb.