
Bu barədə Ərdəbil əyalətinin Ümumi və İnqilab prokuroru Calal Afaqı açıqlama verib.
Prokuror həbs edilən şəxslərin terrorçu qruplaşmalara bağlı olduqlarını və etiraz nümayişlərinin keçirilməsi üçün hazırlıq gördüklərini iddia edib.
Calal Afaqi həbs edilən ərdəbillilərin kimliyi barədə əlavə məlumat verməyib.
Qeyd edək ki, sentyabrın 16-ı hökumət məmurlarının Məhsa Əminini öldürüməsinin və ümumi etiraz aksiyalarının başlamasının ildönümüdür.
Bununla bağlı etiraz aksiyalarının keçirilməsi gözlənildiyi üçün şəhərlərdə təhlükəsizlik tədbirləri gücləndirlib, aksiyalarda fəallıq göstərə biləcək çox sayda insan həbs edilib.