
Paşinyan bunu parlamentdə “hökumət saatı” zamanı bildirib.
Onun sözlərinə görə, bu məsələ regional kommunikasiyaların bərpası ilə birlikdə müzakirə olunur.
Paşinyan qeyd edib ki, Ermənistan və Azərbaycan kommunikasiyaların açılması barədə qarşılıqlı əsasda razılığa gəlib.
“Bu kontekstdə yeni nəqliyyat infrastrukturlarının yaradılması ideyası üzərində iş aparılır.
Ermənistan yeni infrastrukturların qurulması ilə bağlı öhdəlik götürməyib, lakin bu variantı da nəzərdən keçirməyə hazırdır”, – deyə Paşinyan vurğulayıb.