Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

Şah Abbas Karvansarası ümumdünya əsərlər siyahısına

Tarixi Şah Abbas karvansarası ümumdünya əsərlər siyahısına salınacaq

Güney Azərbaycanın Ərdəbil əyalətinin Nir mahalında yerləşən tarixi Şah Abbas karvansarası ümumdünya mədəni irs siyahısına salına bilər.

Bu barədə Ərdəbil əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri Təşkilatının başçısı Nadir Fəllahi açıqlama verib.

Nadir Fəllahi tarixi abidə ilə bağlı gərəkən sənədlərin toplanılaraq UNESCO-a göndərildiyini bildirib.

Onun sözlərinə görə, yaxın vaxtlarda UNESCO nümayəndələri abidəni dəyərləndirmək üçün bölgəyə səfər edəcək.

“UNESCO-nun nümayəndələri Misir və Türkiyədəki abidələrə baxış keçirdikdən sonra Ərdəbilə səfər edib və möhtəşəm tarixi Sayın Gədiyinin karvansarasından da görüş edəcəklər”-deyə, Mədəni İrs, Turizm və Əl İşləri Təşkilatının başçısı bildirib.

Nadir Fəllahi adı çəkilən karvansaranın Ərdəbil əyalətinin ən önəmli abidələrindən biri, ümumdünya mədəni irs siyahısına salınması üçün qeydiyyata alınmış ikinci abidə olduğunu söyləyib.

“Karvansara Səfəvilər dövründə İpək Yolu üzərində Avropadan-Çinə gedən ticarət karvanlarının təhlükəsizliyi sahəsində onəmli rolu olub.

Bu məsələni nəzərə alaraq UNESKO tərəfindən qeydiyyata alınması üçün təklif olunub”-deyə, Nadir Fəllahi abidənin ümumdünya mədəni irs siyahısına salınacağına əmin olduğunu açıqlayıb.

Qeyd edək ki, “Sayın Gədiyi” karvansarayı Ərdəbil əyalətində, Nir-Sarab yolunun üstündə və Nir şəhərinin 10 kilometrliyində yerləşir.

Abidə 1983-cü ildə 1653 qeydiyat nömrəsi ilə İranın mədəni is siyahısına salınıb.

Artırmalıyıq ki, bu günə qədər Ərdəbil əyalətində olan çox saylı tarixi əsərlərdən 1200-ü rəsmi olaraq qeydiyyata alınıb.

Related Articles

Bir cavab yazın

Back to top button