
İranın “Fərhixtəqan” qəzetinin xəbərinə əsasən, şəhərdə oğurlanmış mobil telefonlar Əfqanıstanda satılır.
Qəzet polis məmurunun sözlərinə istinad edərək bildirib ki, Tehranın qərb tərəfində oğurluqlar təxminən 10 gündür ki, artıb. Belə güman olunur ki, bir banda oraya nəzarət edir və gündəlik oğurluqlarla məşğul olur.
Adı açıqlanmayan məmurun sözlərinə görə, “İphone” mobil telefonları tez – 1 həftədən az müddətdə, “Samsung” və digər markalı telefonlar isə yaxşı satılmadığına görə Əfqanıstana bir az gec çatdırılır.