
“Report” xəbər verir ki, bu barədə parlamentin tviter səhifəsində məlumat yerləşdirilib.
Qeyd olunub ki, 11 lehinə səslə Beynəlxalq Əlaqələr Komissiyası Meksika prezidenti Andres Manuel Lopez Obradorun bəyanatlarını pisləyən və onu “persona non qrata” elan edən qətnaməni təsdiqləyib.
İndi təşəbbüsə Konqresin plenar iclasında baxılmalıdır.
Bu ilin fevralında Peru parlamenti Kolumbiya prezidenti Qustavo Petronu “persona non qrata” elan edib.