
Xərçəng xəstələri İranın Rokna xəbər portalına reseptlərini göstərməklə dərmanlarının 2 həftə ərzində 859 min tüməndən təxminən 3 milyon tümənə qalxdığını bildirblər.
Onların bir çoxu yeni qiyməti ödəməyə imkanları olmadığına görə resepti geri götürməli olublar. Apteklər: “Bu, Səhiyyə Nazirliyinin yeni tarifidir”, – deyə onların etirazlarına cavab verirlər.
“Qiymət artımı dövlətin ümumi siyasətinə əsasən olunur. Təhsil xərclərinin bahalaşması icra oldunduğu kimi, dərmaların da qiyməti artırılıb”, – deyə xərçəng xəstəlikləri mütəxəssisi həkim Mənuçöher Əhmədi vurğulayıb.
Respublikada xərçəng xəstələrinin sayı gündən-günə artır. Lakin bu vəziyyətə baxmayaraq, müalicə imkanları geriləyir.