
Bu barədə “The Independent” qəzetinə istinadən məlumat verilir.
“İndi müttəfiqlərimizlə birlikdə savaşa biləcək və döyüşdə Rusiyaya qalib gələ biləcək bir ordu yaratmaq mütləqdir”, – Patrik Sanders tabeliyindəkilərə bildirib.
Sandersin fikrincə, Rusiyanın Ukraynaya təcavüzü Britaniya ordusunun əsas məqsədini – “quruda döyüşməyə və müharibələrə qalib gəlməyə hazır olmaqla Böyük Britaniyanı qorumaq” məqsədini önə çəkir.
“Biz ordunu yenidən Avropada müharibəyə hazırlamalı olan nəsilik”, – o əlavə edib.
Sanders xatırladıb ki, o, 1941-ci ildən Avropada qitənin iştirak etdiyi müharibə fonunda orduya komandanlıq edən ilk baş qərargah rəisidir.
Qeyd edək ki, yerli mətbuat 2021-ci ildə London hökuməti nizami ordunu 2025-ci ilə qədər 82 000 nəfərdən 72 500-ə endirəcək ixtisar planlarını dərc edib. Həmin vaxt Böyük Britaniyanın nizami ordusunun şəxsi heyəti 76,5 min nəfərə yaxın idi.