
Xalq rejimin ölkədə insanlara təzyiqinə və İranın digər ölkələrə müdaxiləsinə qarşıdır. 2022-ci ilin payızında İranda baş geyiminə görə başlayan hadisələr xalqın narazılığının təzahürüdür. İran xalqı azad olacaq. Bu rejim dağılana, İran demokratik dövlətə çevrilənə qədər bu hərəkat davam edəcək. Qlobal Forumun iştirakçılarının İranda azadlıq hərəkatına dəstək verəcəklərini gözləyirik. Azərbaycana bu və digər şəkildə müdaxiləyə görə də İran üzr istəməlidir. İranda demokratiyanın olması vacibdir və biz sonda öz məqsədlərimizə nail olacağıq”.
Azərbaycanlı hüquq müdafiəçisi Şirin Ebadi 1947-ci ildə Güney Azərbaycanın Həmədan şəhərində anadan olub. O, 2003-cü ildə Roma Papası İkinci İohan Pavel, keçmiş Çexiya Prezidenti Vatslav Havelin də yer aldığı 165 namizəd arasından seçilərək, Nobel Sülh Mükafatına layiq görülüb və bu mükafatı almış ilk müsəlman qadın kimi tarixə düşüb. Nobel Komitəsi mükafatın ona demokratiyanın inkişafı və insan haqları, xüsusilə də İranda qadın və uşaqların hüquqları uğrunda mübarizəyə görə verildiyini açıqlayıb.