Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

Ərdəbildə siyasi məhbus Əkbər Azada dəstək mitinqi keçirilib

Mordadın 25-də ərdəbilli milli fəallar Tehran zindanında saxlanılan siyasi məhbus Əkbər Azada dəstək mitinqi keçiriblər.

Divarlara Əkbər Azadın simvolik təsviri olan qrafitlər vurulub. Qrafit azərbaycanlı sənədli filmlər yönətməni Möhsün Hadi tərəfindən hazırlanıb.

Bildirək ki, yazıçı, tərcüməsi və araşdırmaçı Əkbər Azad İran Yazıçılar Birliyinin və Fransanın ədəbi-mədəni birliyi olan “Pen Club”un üzvüdür.

Tehranda yaşayan tanınmış yazıçı və ziyalı Əkbər Azad mordadın 18-də Baharıstan Dövlət və İnqilab Məhkəməsinə müraciət etdikdən sonra məhkəmə icraçıları tərəfindən tutulub.

Mordadın 21-də ailəsi ilə telefon təmasında tanınmış hərəkat üzvü “Böyük Tehran” zindanına köçürüldüyünü bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button