
“Möhsün Fəxrizadəni kimin öldürdüyünü bilmirəm. Bu insan yalnız böyük bir problem deyil, həm də böyük bir atom problemi idi. Dünya onsuz daha güvənli bir yerdir”. Bunu 4 dekabrda İsrailin Yamina partisinin lideri “Bloomberg”ə müsahibəsində deyib. “Əminəm ki, yeni seçilmiş Co Bayden onun prezidentliyi dövründə İranın atom gücü olmasını istəmir. Bunlar bizim Bayden dövləti ilə müzakirə edəcəyimiz mövzulardır”,-deyə o, vurğulayıb. Bildirək ki, İran rəsmiləri İsraili Fəxrizadənin qətlində iştirak etməkdə günahlandırır. Ancaq İsrail bu iddiaları rəsmi olaraq təsdiq və ya təkzib etməyib.