
Əfqanıstanın şimalında yerləşən Kunduz əyalətində polis idarəsinə hücum nəticəsində əmniyyət qüvvələrinin azı 9 əməkdaşı ölüb, 3-ü xəsarət alıb.
Bunu əyalət başçısının nümayəndəsi İsmətullah Muradi bildirib.
Onun sözlərinə görə, hücum gecə saatlarında Dəşt-e Arçi məntəqəsində baş verib. O, hücum nəticəsində 4 silahlının öldüyünü, daha 6-nın isə yaralandığını bildirib.
Hücumun məsuliyyətini hələlik üzərinə götürən olmayıb.