Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünya

İrəvanda müxalifətçiyə hücum edilib

Ermənistanın “Adekvad” müxalifət partiyasının üzvü, “Bloqnyuz” xəbər saytının rəhbəri Konstantin Ter-Nakalyan ölkənin baş vəzirinin mövqeyi ətrafında yaranan mübahisəyə görə naməlum şəxslərin hücumuna məruz qalıb. Məsələ ilə bağlı hüquq müdafiəçisi Ruben Melikyan özünün feysbukdakı səhifəsində bildirib.
“Konstantin Ter-Nakalyan hücuma məruz qaldı. İki naməlum şəxs Nikol Paşinyanın mövqeyini müdafiə edərək küçədə onunla münaqişə yaratdı. Onun üzünə və ayağına soyuq silahla zərbələr endirilib”, – deyə məlumatda bildirilib.
Ruben Melikyanın sözlərinə görə, hücuma görə məsuliyyət vətəndaş toqquşmalarını başlayan baş vəzir Nikol Paşinyanın üzərinə düşür.

Related Articles

Bir cavab yazın

Back to top button