
Beynəlxalq alimlər timi “Kepler” fəzai teleskopunun məlumatlarını təhlil edərək, biri öz fiziki karakterinə görə Yer kürəsinə olduqca bənzəyən iki səyyarə tapıblar.
Daha öncə aparılan araşdırmalarda “Kepler-160b” və “Kepler-160c” ekzosəyyarələrinin ulduzun ətrafında fırlandığı müəyyənləşdirilmişdi.
“Kepler-160” ulduzu isə Yer kürəsindən 3000 işıq ili məsafədə yerləşir. Ulduzun parlaqlığının dəyişkənliyinin fiziki modelini tədqiq edən alimlər “KOI-456.04” adlandırdıqları potensial ekzosəyyarəni tapıblar.
“KOI-456.04”ün dövrü 378 gün təşkil edir. Bundan başqa, araşdırmaçılar güman edirlər ki, bu səyyarədə su mövcuddur.
Alimlərin bildirdiyinə görə, hələlik “KOI-456.04”ün səyyarə olması ehtimalı yüzdə 85 təşkil edir. Onlar “KOI-456.04” haqqında daha dəqiq məlumatlar əldə etmək üçün 2026-cı ildə işə salınması nəzərdə tutulan “Plato” fəzai teleskopunun vəzifəsinə ümid bəsləyirlər.