
Səudiyyə Ərəbistanının yüksək vəzifəli rəsmisi deyib ki, İranın husi qruplaşması yanındakı səfiri dekabrın 18-də İraq təyyarəsi ilə paytaxt Sənadan çıxarılıb.
“Aznews tv” xəbər verir ki, Husi yaraqlılarını tanıyan və dəstəkləyən tək ölkə İranın səfirinin Yəməndən çıxması Husi qiyamçılarının xahişi ilə və şübhəli bir vəziyyətdə baş verib və bunun əsl səbəbləri hələlik bilinmir.
Səudiyyə rəsmisinin sözlərinə görə, İraq və Omanın vasitəçiliyi ilə rəsmi ər-Riyad İranın Husi üsyançıları yanındakı səfirinin Səna hava limanından çıxmasına icazə verib.