
ABŞ prezidenti Donald Tramp ölkəsinin Türkiyənin Suriyaya girməsi ilə bağlı 3 reaksiya variantının olduğunu bildirib.
Aznews.tv xəbər verir ki, Tramp bunlardan birinin Suriyaya minlərlə hərbçi göndərərək qalib gəlmək oduğunu qeyd edib.
“Bunda başqa variantlar: Türkiyənin iqtisadiyyatına ciddi zərbə vurmaq və ya Türkiyə və kürdlər arasında vasitəçi olmaq”, -deyə Tramp qeyd edib.
Tramp ABŞ vətəndaşlarının ölkəsinin Suriyaya hərbi müdaxilə edəcəyini dəstəkləməyəcəklərindən əmindir.
Aznews.tv