
Amerika Dövlət Departamentinin sözçüsü Ned Prays İranın dəstəklədiyi Yəmən husilərinin Səudiyyə Ərəbistanına hücumunu pisləyib.
“Aznews tv” xəbər verir ki, bu barədə Amerika Dövlət Departamenti fevralın 10-da bəyanat yayıb.
Bildirilir ki, Ned Prays ölkəsinin hər zaman S.Ərəbistanın yanında olduğunu deyib.
“Amerika prezidentinin Səudiyyə Ərəbistanı kralı ilə söhbətində vurğuladığı kimi, biz rəsmi Ər-Riyada özünü müdafiə etməkdə kömək etməyə sadiqik”, – deyə Prays qeyd edib.
Sonda o, İranın dəstəklədiyi husilərin bölgədə dağıdıcı fəaliyyətinə işarə edərək əlavə edib: “Husilər Yəmən vətəndaşlarına, Yəmənin qonşularına və beynəlxalq ictimaiyyətə qarşı təhlükəli, dağıdıcı və zorakı hərəkətlər həyata keçiriblər”.