
İranda son 24 saatda yeni növ koronavirusdan 196 nəfər vəfat edib. Bu barədə İran behdaşt vəzirliyi məlumat yayıb. Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 16 343 nəfərə çatıb. Ölkədə son 24 saatda koronavirusa 2 636 tutulma halı qeydə alınıb. COVID-19-a tutulanların ümumi sayı isə 298 909 nəfərdir. Qeyd edək ki, indiyədək mərizlikdən 259 116 nəfər sağalıb.