
Bu sözləri Avropa Parlamentinin İranla Əlaqələr Komitəsinin rəhbəri Hana Neuman deyib.
“Aydın deyim ki, SEPAH hazırda Avropanın təhlükəsizliyinə təhdiddir. Ona bağlı proksi qüvvələrin Yaxın Şərqdə yaratdığı vəziyyət, İsrailə qarşı HƏMAS-ı dəstəkləməsi və Hizbullahı dəstəkləməsi, gəmilərimizə atəş açan husiləri dəstəkləməsi təhlükdir”,- o əlavə edib.
İraqda qanunsuz silahlı qüvvələrə də dəstək verdiyini deyən Hana Neuman, Tehran rejiminin İraqa nəzarəti gücləndirməyə çalışdığı barədə xəbərdarlıq edib.