
Türkiyənin Müdafiə Nazirliyi özünün Twitter-hesabında Ermənistanın ötən gecə, humanitar xarakterli atəşkəs razılaşmasını pozaraq Azərbaycanın dinc yaşayış məntəqələrini, o cümlədən Gəncə şəhərində yaşayış binasını raket atəşinə tutmasına dair bəyanatla çıxış edib.
Bəyanatda Gəncəyə düşən düşmən raketinin törətdiyi dağıntıların fotolarına yer verilir və bildirilir: “Müharibə cinayətləri və insanlıq cinayətləri törədən Ermənistan indi də atəşkəsi pozur. Ermənistan atəşkəs müddətində belə mülki yaşayış məntəqələrini atəşə tutur. Beynəlxalq ictimaiyyət Ermənistana qarşı səsini ucaltmalıdır”.