
Türkiyənin səhiyyə naziri Fahrettin Koca zəlzələ nəticəsində 294 nəfərin yaralandığı bildirib.
Onun sözlərinə görə, yaralılardan 18-nin vəziyyəti ağırdır.
Xatırladaq ki, Hatay vilayətinin Defne rayonunda fevralın 20-də saat 20:04-də 6,4 bal gücündə zəlzələdən sonra ən böyüyü 5,8 olmaqla 32 ardıcıl təkan baş verib. Bir neçə şəhərdə binalar uçub. Yeraltı təkanlar Yunanıstan, Misir, İsrail, Livan, Suriya və Kiprdə hiss olunub.