
İranlı həkerlər bac almaq üçün 7 İsrail və 1 İtaliya şirkətinə hücum ediblər. Məsələ ilə ilgili sayberi əmniyyət alanında fəaliyyət göstərən Amerika-İsrail şirkəti “Checkpoint” məlumat yayıb. Belə ki, hakerlər şantaj məqsədilə şirkətlərin məlumatlarını ələ keçirməyə çalışıblar. Məlumata görə, bu tip əməliyyatlar nəticəsində həkerlər indiyədək İsrailin 4 şirkətindən bac alıblar və bac ödəməyi rədd edən daha 3 şirkət barədə bilgiləri isə “Dark.net”də yayıblar.
“Jerusalem Post” qəzetinin yaydığını bilgilərə əsasən, bu metod “PiTiKyu” adlanır və burada qurbanlar bac ödəmək qarşılığında məlumatlarını geri almaq üçün rəmz alırlar.