
“ANT” xəbər verir ki, bu barədə “TASS”a Rusiyanın təhlükəsizlik orqanları məlumat verib.
Mənbə bildirib ki, əsas marşrut nəzarət altındadır: “Bu, Kursk sərhəd bölgəsində Ukrayna Silahlı Qüvvələrinin maddi-texniki təchizatını əhəmiyyətli dərəcədə pozmağa imkan verir”.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bildirib ki, artıq Rusiya Silahlı Qüvvələrinin döyüşçüləri Kursk vilayətində Ukrayna ilə sərhədi keçib.