
Rusiya prezidenti Vladimir Putin Ermənistan və Azərbaycan liderləri ilə üçtərəfli görüşdən sonra nəqliyyat dəhlizlərinin açılması ilə bağlı razılığın əldə olunduğunu bəyan edib.
Rusiya prezidenti “Biz iqtisadi məsələlər, iqtisadi əlaqələrin gəlişməsi haqqında çox ətraflı danışdıq və hər şeydən əvvəl, ilk addım olaraq nəqliyyat dəhlizlərinin açılmasını müzakirə etdik. Bu, həm dəmir yolları, həm də otomobil yollarına bağlıdır”, – deyə qeyd edib.
Prezident bu məsələdə uzun müddətdir məşğul olan baş vəzir müavinlərinə təşəkkür etmək lazım olduğunu bildirib.