
Siyasi məhbus Bəhnam Şeyxi fərvərdinin 14-də Tehranın Evin zindanına qayıdıb. Azərbaycanlı fəal isfəndin 27-də Həmid Mənafi Nadarlı və Kiyanuş Əslani ilə birlikdə zindandan müvəqqəti azadlığa buraxılıb. Müvəqqəti azadlıq müddəti bitən Bəhnam Şeyxi 2 illik həbs cəzasını çəkmək üçün zindana qayıdıb.
Xatırladaq ki, fəal 1392-ci ilin 2 isfəndində Dünya Ana Dili Günü münasibətilə keçirilən mərasimə qatıldığı üçün tutuqlanıb. Onunla bərabər Əkbər Azad, Əliriza Fərşi və Həmin Mənafi Nadarlı da nəzarətə götürülüb. Fəalların hər biri Tehranın 54-cü Təcdid Nəzər Məhkəməsi tərəfindən 2 il həbs, 2 il sürgün cəzasına məhkum ediliblər. Bu ilin 31 tirində saxlanılan Əliriza Fərşi bu günə qədər izin haqqından məhrum edilib. Behnam Şeyxinin qardaşı Mehrdad Şeyxi isə hazıda Ərdəbil zindanında saxlanılır.