Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycan

Beynəlxalq Əfv Təşkilatı: Urmu zindanı İranın ən pis zindanıdır

Beynəlxalq təşkilat zindanda öldürülənlər barədə məlumat yayıb.

Beynəlxalq Əfv Təşkilatının məlumatına görə, Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu (Urmiya) şəhərinin zindanı 22 məhbus ölümü ilə İranın ən pis həbsxanasıdır.

Təşkilatın məlumatına görə, urmu zindanından sonra Sistan və Bəluçistan əyalətinin mərkəzi Zahidan şəhərinin mərkəzi zindanı 15 məhbus ölümüilə ikinci yerdə dayanır.

Bununla yanaşı təşkilat son illər İranın 18 əyalətində yerləşən 18 həbsxanada 96 məhkumun dünyasını dəyişdiyini qeyd edib.

Qeyd edək ki, aprelin 12-də Beynəlxalq Əfv Təşkilatının yaydığı 108 səhifəlik hesabatda son 12 ildə İran zindanlarında öldürülən çox sayda məhkumdan bəhs edilir.

“İran hakimiyyətinin insan həyatına dəhşətli etinasızlığı faktiki olaraq İran həbsxanalarını xəstə məhbusların ölümlərini gözləmə otaqlarına çevirib və ölümcül xəstəlikləri olan məhbusları acınacaqlı vəziyyətə salıb”-deyə, Beynəlxalq Əfv Təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə vitse-prezidenti Diana Əl-Tahavi xəbərdarlıq edib.

Təşkilatın hesabatında rəsmi olaraq adları bəlli olan həyatını itirmiş 96 məhkumun 22-nin Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin zindanında qeydə alındığı yazılıb.

Related Articles

Bir cavab yazın

Back to top button