
“Daxili və xarici təhlükəsizliyi qoruduğunu iddia etməsinə baxmayaraq, milli təhlükəsizliyə qarşı bu aşkar təhdid qarşısında aylardır səssiz qalan və qabaqlayıcı tədbirlər görməyən hökumət üçün çox utancverici bir hadisədir”.
Bəyanat müəllifləri hadisəni şagirdlərə qarşı bağışlanmaz cinayət adlandırıb və Tehran hökumətinə xəbərdarlıq ediblər:
“Övladlarının həyatının təhlükədə olmasından nigaran olan valideynlərin qəzəb və üsyanından qorxun və bu cinayətləri törədənlərin ifşa edilərək cəzalandırılmasını təmin edin”.
Qeyd edək ki, son aylar İranın 300-ə yaxın məktəbində 7 mindən çox şagird zəhərlənib.