Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

Türkmən sosial media fəalı yenidən həbs edilib

Xorasan-i Rəzəvi əyalətinin Quçan şəhərində yaşayan, milliyyətcə türkmən olan sosial media fəalı Rza Bəbrnejad yenidən həbs edilib.

Təhlükəsizlik məmurları türkmən fəalı iyunun 6-da həbs edərək naməlum yerə aparıblar.

Rza Bəbrnejad bundan əvvəl may ayının 20-də İbrahim Rəisinin helikopter qəzasında həlak olması ilə bağlı paylaşımına görə saxlanılmış, bir neçə gün dindirildikdən sonra iyunun 1-də girov qarşılığında sərbəst buraxılmışdı.
Qeyd edək ki, Rza Bəbrnejadın qardaşı Mehdi Bəbrnejad 2022-ci ilin sentyabr ayında başlayan etiraz aksiyaları zamanı polislər tərəfindən güllələnərək öldürülüb.

Onun özü isə dinc fəaliyyətlərinə görə bir neçə dəfə təqib və təzyiqlərə məruz qalıb.

Related Articles

Bir cavab yazın

Back to top button