
İlk olaraq səhnəyə müsabiqənin diplomatları dəvət olunaraq mükafatlandırılıb.
Münsiflərin yekdil rəyinə əsasən, xanəndəlik üzrə müsabiqəsində birinci yerə Mirəli Sarızadə layiq görülüb.
Xəyal Hüseynov 2-ci, Zümrüd Məmmədova və Daşqın Kürçaylı isə 3-cü yerləri tutublar.
İnstrumental ifaçılıq kateqoriyasında isə birinci yerə Vaqif Təhməzov, 2-ci yerə Cahandar Mikayılov, 3-cü yerlərə isə Bayraməli Əliyev və Soltan Nadirov layiq görülüblər.