
Hüseyn Hüseynzadə Balamın Adı kampaniyasına bununla bağlı deyib: “Bacımın ilk uşağı 2009-cu ildə dünyaya gəlib. Ailəsi onda Elman adını seçmişdi. O zaman Təbriz Vətəndaş Vəziyyəti Qeydiyyatı İdarəsi ona heç bir problemsiz vəsiqə verib. Ailənin ikinci uşağı isə 2012-ci ildə dünyaya gəlib və ailəsi ona Elyar adını seçsələrdə bu dəfə Vətəndaş Vəziyyəti Qeydiyyatı idarəsi bu adı həmzə işarəsini bəhanə edərək qeydiyyata almaqdan imtina etdi. Ailə Elman adlı övladlarının doğum haqqında şəhadətnaməsini göstərərək,nəyə görə Elman adını qəbul etdiklərini, ancaq Elyarı qəbul etmədiklərini soruşduqda idarə rəsmilərinin bu səlahiyyətin artıq Tehranın əlində olduğunu bildiriblər. Valideynlər bir müddət adı olduğu kimi qeydə almaq üçün mübarizə aparsa da Təbrizin vətəndaşlıq vəziyyəti aktlarının rəsmiləri sonda uşağın adını Əlyar kimi qeydiyyata alıblar.”
Qeyd edək ki, irqçi fars-molla rejimin Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin türk adlarına qarşı çıxma üsullarından biri də türk adlarının doğum şəhadətnaməsinə yanlış formada yazılmasıdır. İdarə “Faiqə”, “Faizə”, “Maidə” kimi həmzəli qeyri-türk adlarına heç bir problem yaratmasa da, sıra türk adlarına gələndə bu adları türk dilində olduğu kimi qeydə almaqdan imtina edir.