
Belə ki, havanın istiləşməsi ilə yosunların və bakteriyaların aktivləşməsi artır. Bu o deməkdir ki, gölün səthinin duzluluq səviyyəsi artdıqca mavi və yaşıl yosunların sayı azalır, qırmızı yosunların sayı isə kəskin şəkildə artır.
“Dunaliella salina” adlı yosunlar normalda mavi və yaşıl rəngdədir və havalar isindikcə buxarlanma çoxalır, göl yatağının duzu əriyəndə suyun duzluluğu artır. Daha sonra isə yosunların rəngi yaşıldan qırmızıya doğru dəyişir.
Urmiya gölündə əmələ gələn həmin yosunların 12 növü var ki, gölün suyu qatılaşan kimi rəngli forma alır.