
Səyahətimin belə bitəcəyini heç vaxt təsəvvür etməzdim”, – bunu Tehranın bədnam Evin həbsxanasından azadlığa buraxılan İspaniya vətəndaşı Santiyaqo Sançez deyib.
42 yaşlı ispaniyalı Santiyaqo Sançez 2018-ci ildən dünya səyahətinə çıxıb və 2022-ci ilin dekabrında FİFA Dünya Kubokunu izləmək üçün Qətərə getməyi planlaşdırıb.
Ancaq İrana səfər etdiyi vaxt İranın təhlükəsizlik orqanları tərəfindən həbs edilib və bu yaxınlarda azadlığa buraxılıb.