
Hesabatda mühacirətin əsas səbəbləri kimi ölkə iqtisadiyyatında hökm sürən böhran, korrupsiya və azadlıqların daha da məhdudlaşdırılması göstərilib. Bununla yanaşı, Tehran rejiminin bütün əks-təbliğatlarına baxmayaraq, xaricə köçmək istəyən iranlıların ən azı 10%-nin İsrailə yerləşmək arzusunda olduqları qeyd edilib.
İranın İmmiqrasiya İlliyi Məcmuəsinin yazdığına görə, iranlıların getmək istədikləri əsas ölkələr BƏƏ, ABŞ, Kanada, Almaniya, Türkiyə, Böyük Britaniya, İsveç, Avstraliya, İsrail və Küveytdir.