
ABŞ Maliyyə Nazirliyi Böyük Britaniya ilə yanaşı, xaricdə İslam Respublikasının əleyhdarlarına sui-qəsd etmək üçün istifadə edilən iranlı kürd narkotik qaçaqmalçısı Naci Şərifi Zindəştinin rəhbərlik etdiyi şəbəkəyə sanksiya tətbiq etdiyini açıqlayıb.
Böyük Britaniya Xarici İşlər Nazirliyi bəyan edib ki, bu ölkə və ABŞ-nin yeni sanksiya paketi İslam Respublikası rəsmilərinin müxaliflərə qarşı sui-qəsd, jurnalistlərə qarşı təhdidlərə cavab olaraq hazırlanıb.