Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

Həmədan xəstəxanalarında yer çatışmazlığı var

Həmədanın tibb elmlər Sazmanının Dərman Müavini İbrahim Cəlili, Sina Mərizxanasının tutumunun dolduğunu və ICU yataqlarının çatışmadığını bildirib.
Onun sözlərinə görə, Həmədandakı koronavirus mərizləri Beesət, Şəhid Beheşti və Ayətullah Bəhari mərizxanalarına göndəriliblər. Ustanda virusa tutanların sayı 4 994 nəfərə yüksəlib, habelə 665 nəfər də mərizlik səbəbindən həyatını itirib.
Rəsmi amarlara əsasən, son 24 saatda 43 nəfər COVID-19-a tutulub. Ən çox məriz sayına görə Məlayer şəhəri ilk sırada durur. Belə ki, burada 947 nəfər virus daşıyıcısı var. İbrahim Cəlili hazırda 720 nəfərin ustan mərizxanalarında müalicə aldığını açıqlayıb. Məlumata görə, koronavirus böhranından öncə ustanda 76 ICU yatağı olub ki, əlavə olaraq daha 89 yataq gətirilib. Buna rəğmən, hələ də mərizxanalarda tibbi-tekniki təchizat problemləri qalmaqdadır.

Related Articles

Bir cavab yazın

Back to top button