
İranda bahalığa və ərzaq qıtlığına qarşı etiraz aksiyalarının genişlənməsi hökumətin vahiməyə düşərək əhaliyə qarşı daha sərt tədbirlər görməsinə səbəb olub.
Son bir neçə gündə müxtəlif şəhərlərdə etirazçılardan 4 nəfəri hökumət məmurlarının bir başa atəşi nəticəsində öldürülüb.
Fəalların və insan haqları təşkilatlarının verdikləri məlumata görə, öldürülənlənlər Ümid Sultani, Pişəli Qalibi Hacivən, Həmid Qasimpur və Səadət Hadipur adlı gənclərdirlər.