
Əhvaz şəhərində əkin sahələrinin zorla müsadirə edilməsinə etiraz edən Saleh Tamuli Tərəfi və Abdullah Çeldavi Afeli adlı iki ərəb fəal toplamda 8 il həbs cəzasına məhkum ediliblər.
“Aznews tv” xəbər verir ki, Əhvaz Şəhər Apellyasiya Məhkəməsinin 13-cü şöbəsi tərəfindən çıxarılan hkmə əsasən, etirazçılardan biri 3 il, digəri 5 il müddətinə azadlıqdan məhrum edilib.