Azərbaycan

Təbrizdə məktəblər yenidən bağlandı

Ekoloji problemlər, özəlliklə havanın çirkliliyi son həftələrdə növbəti dəfə olaraq Təbrizdə məktəblərin bağlanmasına səbəb oldu.

Bu barədə Şərqi Azərbaycan əyalətinin Təhsil İdarəsi bildiriş yayıb.

Bildirişdə Təbrizin havasının bir çox yaş qrupları üçün təhlükəli olduğunu nəzərə alaraq, yanvarın 1-də məktəblərin bağlanmasına qərar verildiyi qeyd olunub.

Qeyd edək ki, Təbrizlə yanaşı Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinində hava çirkliliyi göstəriciləri yüksək olaraq qeydə alınıb.

Related Articles

Bir cavab yazın

Back to top button