Bölgə

Bennet və Sallivan Amerika ilə İranın təhlükəsizlik sahəsində əməkdaşlığın zərurətini vurğulayıblar

İsrailin baş naziri Naftali Bennet ilə Amerika prezidenti Co Baydenin milli əmniyət məsələləri üzrə müşaviri Cek Sallivan İran mövzusunda görüş keçiribl

İsrailin baş naziri Naftali Bennet ilə Amerika prezidenti Co Baydenin milli əmniyət məsələləri üzrə müşaviri Cek Sallivan İran mövzusunda görüş keçiriblər.

“Aznews tv”  xəbər verir ki, görüşdə onlar iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığı mühüm hesab etdiklərini bildiriblər.

Tərəflər Vyanada İranla 4+1 ölkələri arasında atom anlaşmasının canlandırılması üçün aparılan müzakirələrlə bağlı da danışıblar.

Amerika və İsrail rəhbərləri və ölkələrinin dost olduğunu vurğulayan Bennet, tərəflərin üzləşdikləri müştərək problemlərlə bağlı açıq danışmalı olduğunu bildirib.

“Bu günlər çox əhəmiyyətlidir. Vyanada baş verənlərin gələcəkdə həm bölgənin, həm də İsrailin təhlükəsizliyinə təsirləri olacaq. Bu səbəbdən indi bu mühüm görüşü keçiririk”, – deyə Bennet fikrini tamamlayıb.

Görüşdə Sallivan da Bennetlə hər iki ölkənin mənafeyinə xidmət edən çıxış yolunun tapılmasının zəruri olduğunu deyib.

Related Articles

Bir cavab yazın

Back to top button