İran Sağlıq vəzirliyinin son 24 saatda 95 koronavirus mərizinin ölməsi ilə bağlı açıqlama verib.
İran Sağlıq vəzirliyinin məlumatında qeyd olunur ki, ötən bir gün içində 95 koronavirus mərizinin ölməsi ilə bərabər, 4813 yeni yoluxma halı da qeydə alınıb.
Rəsmi amar rəqəmlərinə görə, artıq İranda koronavirusdan ölənlərin ümumi sayı 129 min 280, ümumi yoluxanların sayı isə 6 milyon 92 min 822 nəfərə çatıb.
Virusa yeni yoluxanlar arasından 724 nəfər sağlıq mərkəzlərinə yatırılıb, 3375 nəfər isə ICU bölmələrində ağır vəziyyətdə müalicələrini davam etdirirlər.
İranda koronavirusun gündəlik amarı onun doğruluğuna ciddi şübhələrin olduğu bir vaxtda açıqlanır və ən azı ölümlə bağlı gerçək rəqəmlər rəsmi amardan bir neçə dəfə çox olması təxmin edilir.