1400 -cü il şəhrivərin 18-də Təbrizdə həbs olunan azərbaycanlı milli fəal Ruzbe Pi:rinin ailəsi Təbrizdəki 16 -cı Qolkar Şöbəsinin müstəntiqinə şikayət edərək, həbs zamanı övladlarını döyənlərlə qanun şərçivəsində şikayətlərinə baxılmasını istəyiblər. Onlar Pərvəndənin araşdırmaq üçün, infiradidə cənab Pi:ri ilə bağlı Pezişki- Qanuninin mötəmid həkimləri vasitəsi ilə müayinə olmağını istəyiblər. Ru:zbe Pi:rinin ailəsi Pərvəndənin məsulu Mu:səvidən istəyiblər ki, infiradi də ovladlarının döyülmək izləri toxtamadan Pezişki – Qanuniyə muayinə imkanı yaratsınlar.
Məhusun yaxınlarına və şahidlərinə görə, Təbriz jurnalının müdiri, Nəvid E`tidal öyrənci təşkilatının qurucusu habelə “Sultan Məhəmməd Fateh” kitabının tərcüməçisi olan cənab Pi:ri o tutuqlanan çağda məhkəmə zabitləri tərəfindən şiddətli şəkildə döyülmüşdü. Məmurlar onu avtomobilə mindirərkən üz-gözü qanlı olub.