Azərbaycanlı xalq sənətçisi dünyaca məşhur musiqiçi Yəqub Zurufçi 67 yaşında həyatını itirdi. Böyük ustad Koronavirusa yoluxduğundan sonra dünən Bakıda mərizxanada gözünü dünyaya yumdu. Ən çox da Ayrılıq Mahnısıyla insanların yaddaşında qalan Zurufçi böyük bir həsrətlə aramızdan ayrıldı. Yəqub Zurufçi 1333-cü ildə Təbriz-də anadan oldu. Öz dediyinə görə musiqiyə ilk marağı Atasının həsrətlə Bakı radiosu dinlədiyində oyandı. Çox gənc yaşlarda xalq mahnıları və folklor oxumağa başlayan Yəqub 1350-də Təbriz-in Milli Sazlar Böyük Orkestri üzvü oldu və Rudəki salonunda oxumağa başladı. Daha sonra Televizyonda da musiqi ifasına başladı. Yaqub Zurufçu Tehranda İqtisad oxuduğu illərdə siyasi atmosferdən də təsir aldı. O zamanlar Şah rejiminə qarşı mubarizənin ön səflərində olan sol düşüncəsinə yaxınlaşdı. Məşhur solçu mübariz Əlirıza Nabdel ilə yoldaşlığı da elə o illərdə dərinləşdi. Şah diktatorluğuna qarşı yazılmış neçə şeiri oxuyan Zurufçu azadlıq hərəkatında hünəriylə yer aldı. Ancaq İslami İnqilabdan sonra yeni bir diktatorluğun iş başına gəlməsi ilə hünərini davam etdirə bilməmişdi. Yəqub Zurufçu Almana köçdü və Avrupada musiqi təhsili almağa başladı. Təbrizli sənətçi sonralar Amerikaya da getdi və həyatının böyük bir bölümünü də orada yaşadı. Almaniyada yaşayan məşhur Azərbaycanlı sənətçi Gülağa Məmmədov ilə tanışdı və onun dəstəyiylə mahnıları Azərbaycanda yayılmağa başladı. Ayrılıq mahnısı televizyondan yayılınca Yəqub Zurufçi Azərbaycanda çox məşhur oldu. 1989-ci ilində Azərbaycan müstəqillik savaşı verdiyi zamanlar Yəqub Zurufçu Azərbaycana getdi. Yaqubun verdiyi konsertlərə minlərlə insan qatıldı. Vətən eşqiylə yanan Yaqub Zurufçu o zaman Əbülfəz Elçibəyin rəhbərliyi altənda olan Azadlıq hərəkatında da yer aldı. Bakının azadlıq meydanında yüz minlərlə insana oxuyan Zurufçu o zamanın milli ruhunun oluşmasında da milli görəvini yerinə yetirdi. Hər zaman Güney Azərbaycan və Təbriz eşqiylə ürəyi yanan Zurufçu, o illərdə Azərbaycanda verdiyi konsertlərlə vətən borcunu da ödəməyə çalışırdı. Dediyinə görə, sənət həyatını oluşduran həsrət duyğusu, o illərdə Azərbaycanın vətən mübarizəsində də coşmuşdu. Yəqub Zurufçu sənəti ilə yanaşı, Azərbaycan və əzilən Türk millətinə eşqiylə də tanınırdı və milyonların yaddaşında iz buraxmışdı.
Hər fürsətdə Azərbaycan milli və mənəvi dəyərlərinə xidmət edən Yəqub Zurufçu həyatını dəyişdiyi zaman da Təbriz eşqiylə yandı. Yayılan bilgiyə görə “Qurd Qapısı” qəbiristanlığında Xalq artistləri Arif Quliyev və Rəmişin yanında dəfn olunacaq.
Düzdü ki Yəqub Zurufçi doğduğu Təbriz şəhərindən uzaq həyata göz yumdu ancaq Azərbaycan nəhayətdə öz evladını bağrına basdı. Bəlkə də Yəqub Zurufçu gənc yaşında İrandan köçməsəydi heç bu başarıları da əldə etməyəcəkdi. İran diktatorluğunda özəlliklə İslami İnqilabın ilk illərində musiqi sahəsinə çıxmaq qeyri-farslara imkansız idi.