
Batı Azərbaycanın əkinçilik cihadı Təşkilatının Ərazi İşləri başçısı Rza Əhmədnijad deyib: “Əyalətdə ötən il ərzində əkin ərazilərindən 541 hektarının təyin olunmuş istifadəsinin qanunsuz dəyişdirilməsi bəlli edilib. Ötən il, 541 hektar ərazidə qanunsuz 3 min 636 ərazi istifadə dəyişməsi bəlli edilib. Onlardan 2 min 145-nə, əməliyyatı dayandırma uyarısı çıxarılıb. Ötən il də, əkin ərazilərində 514 qanunsuz bina tikintisi bəlli edilib və Əkin Ərazisi İstifadəsini Qoruma Qanuna istinad olaraq əvvəlki vəziyyətlərinə qaytarılıb. Batı Azərbaycanda 800 mindən 1 milyonadək əkilmiş və əkinə yararlı ərazi var. mənfəət dalınca olanlar, ötən illərdə bu ərazilərin bəlli olunmuş istifadəsini dəyişdirməyə çalışıblar, ancaq ilgili qurumların, qanuna əsasən onların çoxunun qarışısını alıb.”