2014-cü ildə İŞİD-çilər Suriyada Əl-Həmmam şəhəri ərazisində antik dövr Sura şəhər qalıqlarında talançı qazıntılar aparıb.
Aznews.tv-nin azərbaycanlı arxeoloq Pərviz Elaya istinadən verdiyi məlumata əsasən, yerli sakinlər İŞİD-çilər tərəfindən dəyərsiz hesab edilib kənara atılmış tapıntıların fotolarını çəkib, yerli aidiyyati orqanlara
Oradan da bu şəkillər avropalı alimlərə ünvanlayıb.
Eramızın I – VIII əsr arasında mövcud olmuş saray sütunlarının birinin oturacağı üzərində maraqlı yazı aşkar olunub. Bu yazını italiyalı paleoqrafist Maria Gorea tədqiq edib.
Yeri gəlmişkən, tədqiqatlara tanınmış paleoqrafistlər Markus Egetmeyer, Claude Brixhe və Denis Feissel tədqiqata qoşulublar.
Nəhayət, runoloq Robert Nedoma yazının runik tipli olması, amma vikinq runlarından (futark) fərqli olduğunu bildirib.
M.Gorea də belə bir fikirə gəlir ki, runik yazılar içində Sura yazısı daha çox Cənubi Yenisey run yazılarına yaxındır.
Rus türkoloqu Dmitri Ruxlyadyev bu kəşflə rusiyalı xakas arxeoloqu prof. İqor Kızlasovu tanış edir.
Kızlasov yazır ki, Suriyada aşkar edilmiş sütun üzərində yazı oxunmayıb. Mərkəzi Asiyada türk əhalisi vaxtilə Mani dinini qəbul etmişdi.
Çox güman ki, maniçiliyi qəbul etmiş zəvvarlar Maninin yaşadığı uzaq Suriyanı, haradasa 9-10-cu əsrlərdə ziyarət ediblər.
Çünki Yenisey run yazıları tipi 9-cu əsrdən qədimə getmir.
Aznews.tv